SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Rövşən Bayramov küçəsi, dalan 1 ünvanında yaşayan sakinlər Cenublu.az-a müraciət ediblər.

Belə ki, onların sözlərinə görə, bir müddət öncə küçəyə işıq dirəkləri quraşdırılıb.

“Lakin gecə vaxtı küçəni işıqlandırmaq üçün nəzərdə tutulan işıq dirəkləri saat 00.00 olmamış söndürülür. Çox qəribədir, bəs onda bunları niyə quraşdırıblar? Gündüz yandırmaq üçün? Xahiş edirik, aidiyyəti qurumlar bunu nəzərə alıb, küçəmizin işıqlandırılmasını təmin etsinlər”, – deyə sakinlər əlavə ediblər.