SON XƏBƏRLƏR

Lənkəranda körpələr evinin fidanları üçün ekskursiya təşkil olunub. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.

3 saylı körpələr evi – uşaq bağçasının müəllim və uşaqları Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Balacalar Heydər Əliyevin şərəfli və mənalı ömür yolunu əks etdirən fotoşəkillər və sənədlərdən ibarət sərgilərlə tanış olublar.

Daha sonra uşaqlarda maraq yaradan Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunan uşaqların rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.