Lənkəranda “Sərhəd” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Tədbirdə rayonun 5 ümumtəhsil məktəbinin sərhədçi komandasının tərkibində 30 nəfər iştirak edib.
Yarışmanın yekun nəticələrinə görə:
- I yeri Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin komandası;
- II yeri Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin komandası;
- III yeri Haftoni qəsəbə tam orta məktəbin komandası tutub.
Qalib komandalara hərbi hissənin və Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Qeyd edək ki, 1-ci yeri əldə etmiş komanda zona mərhələsində iştirak etmək hüququ qazanıb.