SON XƏBƏRLƏR

Lənkəranda itkin düşən şəxsin meyiti tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində Apa.az-a istinadən verir.

Belə ki, 4 gün öncə itkin düşən 56 yaşlı Məmmədağa Əyar oğlu Əhmədovun meyiti Lənkəran şəhəri, Mirsalayev küçəsi, 56 ünvanındakı evdə, asılı vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.