SON XƏBƏRLƏR

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “İnsаn hüquq və аzаdlıqlаrının müdafiəsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyun tarixində Azertac-a istinadən verir.

Tədbirdə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan danışılıb. Bildirilib ki, İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 18 iyun tarixi respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmçinin tədbirdə Heydər Əliyevin misilsiz xidmətləri və hazırda İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar haqqında geniş məlumat verilib.

Mövzu ilə bağlı fəal gənclər öz fikirlərini ifadə ediblər. Tədbir qarşılıqlı diskussiya formasında davam edib.