SON XƏBƏRLƏR

AQTA Lənkəranda keçirdiyi monitorinqlər zamanı qanun pozuntuları aşkar edib. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Aşağıda adı çəkilmiş obyektlər obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktlarına görə cərimələnib:

  • “Coşqun” market – Kərgəlan kəndi
  • “Əli” market – Füzuli küçəsi, 80

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.