SON XƏBƏRLƏR

Lənkəran şəhərində 2 küçəyə asfalt çəkiləcək və 50-yə yaxın küçədə yeni işıqlandırma sistemləri quraşdırılacaq. Bu haqda bu gün, 15 noyabr tarixində Cenublu.az Lənkəran RİH-yə istinadən xəbər verir.

Üzümüzə gələn günlərdə Qala xiyabanı və Rövşən Bayramov küçələrinin asfaltlanmasına başlanılacaq. Həmçinin 46 küçədə yeni işıqlandırma sistemi quraşdırılacaq.

Qeyd edək ki, cari ildə Lənkəran şəhərində 8 və Liman şəhərində 2 küçənin asfaltlanma işləri həyata keçirilib.