Lənkəranda təhsil ocağına təyin olunan direktorun təqdimat mərasimi keçirilib. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə istinadən xəbər verir.
Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Kazımova Səadət Şirməmməd qızı direktor təyin edilib və o, məktəb heyətinə təqdim olunub.
Təqdimat mərasimində Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, İnzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimov iştirak ediblər.