Lənkəranda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir təşkil olunub. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az ARB Cənub-a istinadən xəbər verir.
Mədəniyyət Mərkəzində baş tutan tədbirdə 2 nömrəli tam orta məktəbin 8a sinif şagirdləri həmin məktəbin dil və ədəbiyyat müəllimi Vüsalə Ağayevanın rəhbərliyi altında “Əsrlərin sorağı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Ulu öndər Heydər Əliyevin klassik ədəbi irsə və tariximizə verdiyi dəyəri əsas tutaraq, irsi qoruyub saxlamaq istiqamətində gördüyü işlərdən danışılıb.
Əsrlər keçsə də, öz aktuallığını itirməyən söz dühalarımızın ölməz əsərlərinin nəsildən-nəslə ötürülərək xalqımızın milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərini qoruyub saxladığı qeyd olunub.