SON XƏBƏRLƏR

Lənkəranda “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və Milli Ordu Quruculuğu” mövzusunda konfrans keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 dekabr tarxində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Lənkəran şəhərində yerləşən N saylı hərbi hissədə keçirilən konfransda çıxış edən hərbi hissənin baş zabiti Samid Sadıxov və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sadiq Həmidov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində gördüyü işlərdən, müstəqil Azərbaycan dövlətinin inkişafında göstərdiyi xidmətlərdən, gənclər üçün yaradılmış şəraitdən, Heydər Əliyev siyasi kursunun müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Daha sonra mövzuya aid videoçarxlar nümayiş olunub.

Tədbirdə hərbi hissənin zabit və əsgər heyətindən 80 nəfər iştirak edib.