SON XƏBƏRLƏR

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Bu haqda bu gün, 2 yanvar tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən məlumat verir.

Tədbir Lənkəran Şəhər İcra Hakimiyyəti və YAP Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. İlk növbədə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqıda söz açılıb.

Sonda YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri və Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında səmərəli fəaliyyətinə görə 2 fevral – Gənclər Günü münasibətilə fəxri fərmanlar təqdim edilib.