SON XƏBƏRLƏR

Lənkəran şəhər rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 10 nömrəli tam orta məktəbdə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda maarifləndirici görüş təşkil olunub. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 21 dekabr tarixində verilib.

Çıxış edən Lənkəran ŞRPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə bildirib ki, hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri narkomaniyadır. Yeniyetmə və gənclərin gələcəkdə bu zərərli vərdişə qurşanmaması, fiziki və mənəvi cəhətdən sağlam yetişmələri üçün vaxtaşırı olaraq kollektivlərlə bu cür maarifləndirici görüşlər keçirilir, ağ ölümün səbəb olduğu dəhşətli nəticələr, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizə haqqında məlumat verilir.

Sonra mövzu ətrafında çıxışlar dinlənilib və diqqətə çatdırılıb ki, gələcəkdə xalqı, vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq olmalıdır.