SON XƏBƏRLƏR

Lənkəranda innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçiriləcək. Bu haqda bu gün, 16 noyabr tarixində Cenublu.az SUP.VC-yə istinadən xəbər verir.

Görüş İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutacaq. Paneldə LDU Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samir Salayev və RİİB-nin Lənkəran bölməsinin rəhbəri İlkin Muradov çıxış edəcəklər.  Onlar proqram çərçivəsində Lənkəran və qonşu rayonların gəncləri ilə “Gələcəyin innovativ peşələri” mövzusunda maraqlı müzakirələr aparacaqlar. Həmçinin təqdimatlar və interaktiv debatlar təşkil olunacaq.

Proqramın əsas məqsədi regionlarda innovativ peşələr haqqında məlumatlılığı artırmaqla mövcud imkanlara olan çıxışları göstərməkdir.

Görüş 21 noyabr saat 10:30-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Qeydiyyat üçün SUP.VC Facebook səhifəsinə müraciət edə bilərsiniz.