Lənkəran KOBİM tərəfindən “Öz biznesinə başla” və “Biznes plan necə hazırlanır” mövzularında təlimlər təşkil olunub. Bu haqda bu gün, 17 aprel tarixində Cenublu.az Lənkəran KOBİM-ə istinadən xəbər verir.
Mərkəzdə 6 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxsin iştirak etdiyi təlimlərdə Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən biznes plan anlayışı və ümumi strukturu, biznes planın xülasəsi, təşkilati planın hazırlanması, bazarın araşdırılması, maliyyə planı və analizi, layihə risklərinin qiymətləndirilməsi, investisiyaya çıxış üsulları, biznesə necə başlamaq olar, biznesdə uğurun əldə edilməsi, öz ideyalarının reallaşdırılması ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.