SON XƏBƏRLƏR

Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində gənclər gününə həsr olunan tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az Lənkəran ŞİH-yə istinadən verir.

Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayonun bir qrup ictimai fəal gənci Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib və önünə tər güllər düzüblər. Daha sonra şəhərin mərkəzi meydanındakı geniş ekranda ulu öndərin gənclərə səslənişini özündə əks etdirən videoçarx nümayiş olunub. Gənclər Gününə həsr olunan tədbir Lənkəran Olimpiya İdman Kompleksində baş tutub. “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbir dövlət himninin səslənməsi ilə açıq elan edilib.

Tədbirin bədii hissəsində “Nənələr” folklor qrupunun və lənkəranlı gənc ifaçıların musiqiləri təqdim olunub. Sonda icra başçısı Taleh Qaraşov bir qrup lənkəranlı gənci ictimai həyatda fəal iştirak etdiklərinə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırıb, bayram tortunu gənclərlə birgə kəsib və xatirə şəkli çəkdirib.

avtomobil divara çarpılıb
Yollarda vəziyyət

Lənkəranda avtomobil divara çarpılıb

Lənkəranda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir. Hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə

avtomobil divara çarpılıb
Yollarda vəziyyət

Lənkəranda avtomobil divara çarpılıb

Lənkəranda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir. Hadisə

ölümlə nəticələnən qəza
Yollarda vəziyyət

Masallıda ölümlə nəticələnən qəza

Masallıda qəzaya uğramış velosipedçi vəfat edib. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir. Martın 24-də