Lənkəranda “Gənc nəsli narkomaniyadan qoruyaq!” devizi altında növbəti maarifləndirici görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 aprel tarixində verir.
Tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Göyşaban kənd tam orta məktəbinin şagirdləri ilə baş tutub. Çıxış edənlər narkomaniyanın insan sağlamlığı, cəmiyyət üçün yaratdığı problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları, sağlam həyatın vacibliyi haqqında geniş məlumatlar veriblər.