SON XƏBƏRLƏR

Cənub bölgəsinin ən böyük sitrusçuluq rayonlarından olan Lənkəranda feyxoa yığımı davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində ARB Cenub-a istinadən verir.

Feyxoaçılıqla ən çox Lənkəranın Hirkan, Xanbulan, Vilvan, Qurumba, Rvo, Şovu ərazi vahidlərində məşğul olurlar.

Rvo kənd sakini Əliheydər Həsənovun pay torpağında 800 feyxoa ağacı  var. Hər il bol məhsul toplayan təsərrüfatçı, bu il ötən ildəkindən 30-40 faiz çox, yəni 7 ton məhsul gözləyir.

Meyvə ağaclarının məhsuldarlığı onun yaşına görədir. 10 yaşlı ağacdan mövsüm ərzində 15-20 kq məhsul yığmaq olur. Digər sitrus və subtropik ağaclara nisbətən feyxoa az məsrəf, qulluq istəyir. Buna görə də daha rentabelli sayılır. Əvvəllər satışı daha zəif olduğuna görə bu sahəyə meyil az idi. Son illər vəziyyət dəyişib.

Qurumba kənd sakini fermer Kamal Hüseynov deyir ki, ilk mərhələdə qiymətlər yüksək olduğundan məhsulu daha çox ixrac etməyə üstünlük veririk.

Bu sahəyə meylin artması amillərindən biri də dövlət dəstəyidir. Feyxoa bağlarında yığım  məhsulun növündən asılı olaraq, dekabrın əvvəllərinədək davam edəcək. Lənkəranda ümumilikdə 500 hektardan çox feyxoa bağı var ki, bunun da 80 faizi məhsuldardır.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon