SON XƏBƏRLƏR

Lənkəranda kişi faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 yanvar tarixində Lent.az-a istinadən verir.

Hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. 72 yaşlı Abdullayev Səfərəli Əlican oğlu burada yerləşən köşkdə gecə saatlarında oturduğu stulda yuxuya gedib. Bu zaman oradakı spirallı qızdırıcı onun üzərinə aşıb. Nəticədə S. Abdullayevin ayaqları yanıb.

Ətrafda olanların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.