“Lenkeran Hotel And Resort Company” MMC “Azəriqaz İB-ni məhkəməyə verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində Fed.az-a istinadən verir.
İddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Lenkeran Hotel And Resort Company” MMC 05.01.2015-cil ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 207 100 manatdır. Qanuni təmsilçisi Tugay Arıdır. Hüquqi ünvanı Az1095, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev, 153-də yerləşir.