SON XƏBƏRLƏR

Lənkəran Şəhər İşıqlandırma Müəssisəsi tender elan edib. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az Fed.az-a istinadən xəbər verir.

Müəssisə “Elektrik mallarının satın alınması” tenderi haqda məlumat yayıb. Tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə yanvar ayının 12-də başlayıb. Tələb olunan sənədlər fevralın 3-dək, təkliflər isə fevralın 13-dək təqdim edilməlidir. Zərflər fevral ayının 14-də açılacaq.

Satınalan təşkilatın VÖEN-i: 2601102941.

Satınalan təşkilatın ünvanı: Lənkəran şəhəri, M.Rəsulzadə küçəsi, 5.

Çatdırılma yeri: Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 5.Tenderdə lazım olan avadanlıqların siyahısı keçiddə qeyd olunub.