SON XƏBƏRLƏR

Lənkəranda yerləşən dörd market cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının keçirdiyi monitorinqə əsasən:

  • Nəsimi küçəsində yerləşən “Elcan” market;
  • Füzuli küçəsi, ev 80-də yerləşən “Əli” market;
  • Ş.Xiyabani prospektində yerləşən “Halal” market;
  • H.Abdullayev küçəsində yerləşən “Refem” market obliqat qrupuna daxil olan işçiləri ilkin və dövri tibbi müayinədən keçirmədikləri və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdikləri üçün cərimələniblər.