SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyi Lənkəranda fəaliyyət göstərən iaşə obyektində nöqsanlar aşkar edib. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Şəhər sakini Məmmədov Orxan Xidmət oğluna məxsus həyətyanı sahədə fəaliyyət göstərən dönər istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Belə ki, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinə riayət olunmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənməsi, xüsusilə də qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi və digər nöqsanlar müşahidə edilib.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.