SON XƏBƏRLƏR

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş məktəblilərarası “Dəmir Yumruq” adlı bilik yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.

Yarışda Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan rayonlar üzrə “Laçın”, “Zəngilan”, “Qubadlı”, “Hadrut”, “Füzuli”, “Cəbrayıl” komandaları iştirak edib.

Yarışın yekun nəticələrinə görə:
I yeri Lənkəran rayonunun “Zəngilan” komandası;
II yeri Cəlilabad rayonunun “Füzuli” komandası;
III yeri Masallı rayonunun “Hadrut” komandası qazanıb.

Sonda qalib komandaya Zəfər kuboku, digər iştirakçılara isə təltifnamələr təqdim olunub.