SON XƏBƏRLƏR

Lənkəranda “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsil və Təlim” layihələri çərçivəsində keçirilən təlim başa çatıb. Bu haqda məlumatı Cenublu.az Lənkəran Destinasiya Menecmenti Təşkilatına istinadən bu gün, 24 iyun tarixində verir.

Təlimlər BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

“Aqroturizm” mövzusunda keçirilən təlimdə ölkənin beş regionundan dövlət, özəl, təhsil müəssisələri və qeyri-hökümət təşkilatlarını təmsil edən 15 nəfər iştirak edib.

23 iyun tarixində başa çatmış təlimdə Lənkəran DMT-nin əməkdaşı da iştirak etmişdir.

Foto UNDP Azerbaijan Facebook səhifəsi
Foto UNDP Azerbaijan Facebook səhifəsi
Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən