Lənkəran şəhəri, Hacı Zeynalabdin Tağıyev, 36 ünvanının sakinləri çətinliklə üzləşiblər. Bununla bağlı onlar bu gün, 20 sentyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, sakinlərin sözlərinə görə, onların küçəsindən keçən elektrik xətti ağaca toxunduğundan, elektrik enerjisinin verilişində mütəmadi olaraq problemlər yaranır.
“Əsasən də, küləkli havada işıqlarımız tez-tez bu səbəbdən sönür. Aidiyyəti üzrə müraciət etmişik. Cavabında isə bu ağacın Dəmirağac olduğunu və budanmaya icazə olmadığını bildiriblər. Biz özümüz budasaq, bizi də cərimələyəcəklər. Bəs onda nə edək?”, – deyə sakinlər sualla müraciət ediblər.
Qeyd edək ki, Dəmirağac “Qırmızı kitab”a düşdüyündən dövlətimiz tərəfindən xüsusi mühafizə olunur.