SON XƏBƏRLƏR

Üzümçülük qəsəbəsindəki təhsil ocağının vəziyyəti ürəkaçan deyil. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az Space TV-yə istinadən xəbər verir.

Məktəbin pəncərə şüşələri, qapıları qırıq olduğundan onları polietilen sellofanlar əvəz edir. Normal təhsil üçün bu məktəbdə şərait yoxdur.

Şəhid Asəf Əmrahov adına olan bu məktəb 1983-cü ildə tikilib. Binada eyni zamanda iki qruplu uşaq bağçası və körpələr evi fəaliyyət göstərir, məktəbdə 172 şagird təhsil alır. 40 ildir ki, fəaliyyət göstərən məktəbdə əsaslı təmir işləri heç vaxt aparılmayıb.

Səyad Əbilova, valideyn: “Yağış yağanda otaqlara damır, çox pis vəziyyətdə damır, uşaqlar su içində olurlar. Qışda odun peçindən istifadə olunur, otaqlar çox böyükdür, bir odun peçi heç qızdırmır”.

Lənkəran təhsil sektorunun əməkdaşı isə müəllim və valideynləri sevindirəcək cavab verib:

Sabir Əliyev: “Bildirmək istəyirəm ki, yaxın dövrdə Üzümçülük qəsəbə tam orta məktəbinin əsaslı təmir olunması nəzərdə tutulmuşdur”.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman