Lənkəranda yağan yağıntılı yağışlar küçənin gediş-gəlişini iflic edib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az xəbər verir.
Söhbət Anar Mahmudov küçəsindən Şəhidlər xiyabanı küçəsi, döngə 4-ə gedən yoldan gedir. Sakinlər bildirirlər ki, yağan yağışlardan sonra küçə başdan ayağa palçıqdır. Bu hal yolda aparılan təmirdən sonra baş verib. İşıqlandırmanı təmin etmək məqsədilə yollar qazılıb. Qazıntıdan çıxan torpaq yola tökülüb.
Sakinlər aidiyyəti qurumların tez bir zamanda məsələni həll edəcəklərinə inanırlar.