Lənkəran şəhərinin internet şəbəkəsi ilə təmin olunması prosesləri davam etdirilir. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az xəbər verir.
Şəhərin bir çox küçələrində internet şəbəkəsinin yaradılması üçün dirəklər quraşdırılır və optik kabellər çəkilir. Hazırda Vaqif Məmmədov və Şah İsmayıl Xətai küçələrində internet xətlərinin birləşdirilməsi üçün dirəklər ucaldılır.
Qeyd edək ki, şəbəkə ilə təminat işləri şəhər boyu davam etdirilir.