SON XƏBƏRLƏR

Lənkəranda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi qoruyaq” adlı layihə çərçivəsində “Biz Heydər babanın nəvələriyik” adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbir öncəsi iştirakçılar Heydər Əliyevin adını daşıyan xatirə parkına gələrək ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotolardan ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir mərkəzin akt zalında davam edib.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından, sağlam və vətənpərvər ruhda böyümələri üçün gördüyü mühüm işlərdən danışıblar.

Tədbirdə şagirdlərin ifasında müxtəlif səhnəciklər, şeirlər, rəqs, mahnı nümünələri, Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirin sonunda Lənkəran şəhəri H.Aslanov adına 3 nömrəli tam orta məktəbin direktoru Aqil Sadiyev məktəbin müəllim və şagird kollektivinin əməyini yüksək qiymətləndirərək onları məktəbin diplom və sertifikatları ilə təltif edib.

Qeyd edək ki, tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutub.

Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən