Lənkəranda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Gərmətük qəsəbə Sənətkarlıq klubunda “Bir qərənfil ömrü” adlı anım günü keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində Lənkəran şəhər Mədəniyyət Mərkəzinə istinadən verir.
Anım Günü 20 yanvar hadisələrində həlak olan şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Gərmətük qəsəbə nümayəndəsi Aqil Quliyev, klubun müdiri Kamil Cabbarov, F.Hüseynov adına Mamusta kənd Folklor evinin müdiri Nurlana İbrahimova və kəndin müəllimləri çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıblar.
Daha sonra tədbir Mamusta kənd Folklor evinin, Balaşürük kənd sənətkarlıq klubunun, Gərmətük Sənətkarlıq klubunun dərnək üzvləri və məktəblilərin şeir və səhnəcikləri ilə davam edib.
Sonda 20 Yanvar faciəsi haqqında qısametrajlı film nümayiş olunaraq anım-gecəsi sona çatıb.