SON XƏBƏRLƏR

Lənkəranın ucqar dağlıq ərazisində yerləşən Gəgiran kəndində icra olunan “Bir oyuncaq” uşaqlara dəstək aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Aksiyanın əsas məqsədi ucqar dağ kəndlərində yaşayan uşaqların sosial qayğı ilə əhatə olunması, eyni zamanda gənclər arasında təşəbbüskarlığın və vətəndaş məsuliyyətinin artırılmasından ibarətdir. Bu məqsədlə gənc təşəbbüs qrupu tərəfindən ucqar kəndlərdə yaşayan uşaqlar müxtəlif oyuncaqlar, idman məhsulları, maarifləndirici dəftərxana ləvazimatları və digər əşyalarla təmin edilir.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulovun iştirakı ilə növbəti aksiya baş tutub. Zəfər Günü ərəfəsində planlaşdırılmış səfər zamanı ilk öncə kəndin şəhid məzarları ziyarət olunub və şəhid ailələri ilə görüş keçirilib, şəhid övladlarına hədiyyələr verilib. Daha sonra kənddə yaşayan 150 uşağa könüllü ianə və dəstəklər hesabına toplanılmış oyuncaqlar, maarifləndirici ləvazimatlar hədiyyə edilib.

Qeyd edək ki, aksiya Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon