SON XƏBƏRLƏR

Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində talama hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.

Hadisə gecə saat 03:00 radələrində baş verib. Belə ki, “Al market”in qarşısında, LDU-nun 2-ci korpusu ilə üzbəüz olan ərazidə bir nəfər şəxs bir neçə avtomobilin şüşəsini sındıraraq, içəridəki əşyaları oğurlayıb.

Əldə etdiyimiz məlumata görə, həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun üzərindən bıçaq və narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam edir.