SON XƏBƏRLƏR

Lənkəran rayonunda intihar hadisələri baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Apa.az-a istinadən verir.

Hadisələrdən biri Havzava kəndində qeydə alınıb. Kənd sakini Röyal Rüstəm oğlu Nəsirli özünü asaraq intihar edib.

Analoji hadisə rayonun Boladı kəndində də baş verib.

Hər iki meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktlarla bağlı araşdırma aparılır.