SON XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub. Bu haqda bu gün, 17 may tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.

Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən regional olimpiadanın qalibləri və konfransda fəal iştirak edən çıxışçıların mükafatlandırma mərasimi baş tutub.

Qaliblərə Lənkəran Dövlət Universiteti tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.