SON XƏBƏRLƏR

Lənkəran rayonunun Kənarmeşə kəndi istiqamətində dənizdə batmaq təhlükəsi ilə qarşılaşan şəxs xilas olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyul tarixində Apa.az-a istinadən verir.

Hadisə 10 iyul saat 21:15 radələrində baş verib. Sahildən təxminən 1000 metr məsafədə köməksiz vəziyyətdə qalan Kənarmeşə kənd sakini 47 yaşlı Rameş Qubad oğlu Mustafayev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

İlkin tibbi yardımın göstərilməsindən sonra o, ailə üzvlərinə təhvil verilib.