SON XƏBƏRLƏR

Ürgə kəndində balıq tutan şəxsi elektrik cərəyanı vurub. Bu haqda bu gün, 25 fevral tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.

Elektrik cərəyanının vurması nəticəsində həyatını itirən şəxsin Veravul kənd sakini, 36 yaşlı Elvin Rasim oğlu Bağırov olduğu məlum olub.

O, balıq tutmaq istəyərkən tilov yuxarıdan keçən yüksək gərginlikli elektrik naqilinə toxunub.

Faktla bağlı araşdırma davam etdirilir.