SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində (LDU) “Bədii qiraət” müsabiqəsi keçirilib. Bu haqda bu gün, 28 aprel tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.

Müsabiqə ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunub. Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra müsabiqəyə qatılan tələbələrin ifasında ulu öndərə həsr olunan, o cümlədən vətənpərvərlik mövzusunda şeirlər dinlənilib.

Tədbirin yekununda münsiflər həyətinin rəyi əsasında müsabiqənin qalibləri müəyyənləşdiriliblər:

  • Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II tədris ili tələbəsi İstək Maliyeva – 1-ci yeri;
  • I tədris ili tələbəsi Günel Əliyeva – 2-ci yeri;
  • III tədris ili tələbəsi Aytəkin Ağazadə – 3-cü yeri tutublar.