Lənkəran rayonu, Lüvəsər kənd məscidinin axundunu bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 yanvar tarixində Apa.az-a istinadən verir.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim Cəlil Nəbiyevin icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 37 yaşlı Taleh Elman oğlu Əliyev sübh namazı zamanı, həmkəndlisi Çingiz Əlizadə tərəfindən bıçaqlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.