SON XƏBƏRLƏR

Lənkəranda “Avropada təqaüdlü təhsil” mövzusunda təcrübə proqramı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində “O biri otaq”-a istinadən verir.

23 iyun tarixində Gənc Avropa Səfirləri Şəbəkəsinin (Young European Ambassadors Network) təşəbbüsü ilə Lənkəran gəncləri üçün Avropa İttifaqının təklif etdiyi təqaüdlü təhsil və təcrübə imkanları barədə ətraflı məlumat sessiyası keçiriləcək.

Təqdimatçılar arasında olan Erasmus Mundus təqaüd proqramının qalibi və bu kimi digər imkanlardan yararlanmış gənclər öz şəxsi təcrübələrini də iştirakçılarla bölüşəcəklər.

Sessiya zamanı iştirakçılar:

  • “Erasmus” ilə Avropada tam təqaüdlü qısa müddətli təhsil almaq (Erasmus Student Exchange);
  • “Erasmus plus” vasitəsilə Avropada tam təqaüdlü qısa müddətli proqramlarda iştirak etmək (Erasmus Youth Exchange);
  • Avropa ölkələrində təqaüdlü Magistr proqramları;
  • Yuxarıda verilən təqaüd proqramları barədə Gənc Avropa Səfirlərinin şəxsi təcrübələri;
  • Gənc Avropa Səfirləri şəbəkəsinə qoşulmaq qaydaları və şəbəkənin fəaliyyəti barədə məlumat əldə edə biləcəklər.

Tədbir “Tor Coffee Shop”-da saat 16:00-17:30 aralığında baş tutacaq.