DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələr aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində verir.
Aprel ayının 29-da saat 00:05-də Xidmətin “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 99-GE-242 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin ərazidən uzaqlaşması müşahidə edilib. Saat 00:25-də həmin avtomobillə Lənkəran rayonu Səpnəkəran kəndi yaxınlığında ərazidən uzaqlaşmağa cəhd göstərən Lənkəran şəhər sakinləri – 58 yaşlı Əsgərov Rəfael Əlövsət oğlu və onun 32 yaşlı oğlu Əsgərzadə Kənan Rafael oğlu saxlanılıblar.
Avtomobilə baxış zamanı ümumi çəkisi 14 kq 670 qram narkotik vasitə (5 kiloqram 115 qram tiryək, 9 kiloqram 555 qram marixuana və 7000 ədəd Metadon M-40 həbləri) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.