Lənkəranda şirkətin pulunu mənimsəyən anbardar haqda cinayət işi başladılıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Cenublu.az Baş prokurorluğa istinadən xəbər verir.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb. Nəticədə cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16 mart 2021-ci il tarixində satışdan əldə olunmuş 19.630 manatı mənimsəyərək şirkətin hesabına köçürməməsi müəyyən edilib.
Hazırda Lənkəran rayon prokurorluğunda istintaq davam etdirilir.