SON XƏBƏRLƏR

Lənkəran sakinlərindən 5 kiloqramdan artıq narkotik aşkarlanaraq götürülüb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 21 yanvar tarixində verilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər zamanı şəhər sakini olan Ümid Əkbərli və Mübariz Kərimov saxlanılıblar. Onlarda hazır bükümlərdə qablaşdırılmış heroin və 2 ədəd elektron tərəzi aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdə aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə edildiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan H.Cavadovun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı son 1 həftə ərzində 16, cari ilin əvvəlindən isə 32 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram heroin, 3 kiloqram 260 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.