Sərbəst güləş idman növü üzrə Əməkdar məşqçi Şirəli Rzayevin 65 illik yubiley tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində verir.
Lənkəran şəhər Gənclər və İdman İdarəsində sərbəst güləş idman növü üzrə Əməkdar məşqçi Şirəli Rzayevin yubileyində çıxış edənlər onun rayonda idmanın inkişafına göstərdiyi xidmətlərdən, məşqçi-müəllim kimi səmərəli fəaliyyətindən, rayonda yüksək nəticəli idmançılar yetişdirməsindən və nümunəvi müəllim olmasından danışıblar.
Çıxışlardan sonra Ş.Rzayev Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və “Təhsil” RİM-in Lənkəran Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Eyni zamanda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi gənclər və idman sahəsində səmərəli fəaliyyətinə görə “Lənkəran” İdman Klubu tərəfindən Təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, tədbirdə 25 nəfər idman ictimaiyyəti nümayəndəsi iştirak edib.