Lənkəranda 12 yaşlı qız artıq 2 ildir ki, məktəbə gedə bilmir. Bu haqda bu gün, 28 iyul tarixində Cenublu.az BizimMedia-ya istinadən xəbər verir.
Lənkəran rayon sakini Bəsirə Yusifova nəvələrinin təhsil ala bilməməsinə görə yaranan vəziyətdən şikayətçidir. O bildirir ki, onun oğlu və gəlini boşandıqlarına görə bu cür vəziyət yaranıb. Nənənin sözlərinə görə, boşanmadan öncə nəvənin biri anasının yüngül həyat keçirdiyini öz gözləri ilə görüb. Məhkəmənin uşaqları anaya verməsinə baxmayaraq, uşaqlar ata ilə qalmaq istəyiblər.
Buna görə də, uşaqların anası Lənkəran Şəhər Təhsil Şöbəsinin keçmiş müdiri Ülviyyə Əliyevaya və Liman şəhər V.Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoruna məhkəmənin qərarını təqdim edərək uşaqların təhsil almasına maneə olur.
“Təsəvvür edin, 5 və 6-cı sinfi oxumadı. İndi 7-ci sinfə keçir, amma hələ də məktəbə gedib-getməyəcəyi sual altındadır. Axı qərardan asılı olmayaraq uşaq təhsildən niyə qalsın ki? Onun təhsil almaq hüququ var. 2 ildir ona məktəb ləvazimatları, geyim filan alıram. Amma uşaq dərsə gedə bilmir”, – deyə Bəsirə Yusifova bildirib.
Nənənin istəyi ondan ibarətdir ki, uşaqlar təhsildən qalmasınlar. Məsələ ilə bağlı BizimMedia Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfova müraciət edib. O bildirib ki, şikayətçi yeni tədris ili başlayandan sonra onlara müraciət etməlidir. Səbəb kimi isə o qeyd edilib ki, hazırda pedaqoji heyət məzuniyyətdədir. Müraciətdən sonra hər bir detal araşdırılacaq və lazımi tədbirlər görüləcək”.