Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonu ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində Report.az-a istinadən verir.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lənkəran rayonu, Günəhir bələdiyyəsinin mülkiyyətində olan ərazidə vətəndaş Fikrət Fərəczadə tərəfindən kəsildiyi məlum olub.
Faktla bağlı akt tərtib edilib, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.