SON XƏBƏRLƏR

Lənkəranda Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi və ədliyyə işçilərinin peşə bayramı qeyd edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində Azertac-a istinadən verir.

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və icra aparatının məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə və məhkəmə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə tər güllər düzüblər, hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra Göyşaban kəndi ərazisində, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həyətində ağacəkmə aksiyası keçirilib.