SON XƏBƏRLƏR

Lənkəranda meşəbərpa tədbirləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verir.

Payız ağac əkini mövsümü ilə əlaqədar rayonun açıq və seyrək meşə fondu torpaqlarında ağac əkilib. İşlər Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən aparılıb.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Lənkəran və digər rayonların meşə ərazilərində ümumilikdə 16.000 ədəd müxtəlif növ ağac əkilib, 800 kiloqram palıd toxumu səpilib.