SON XƏBƏRLƏR

Lənkəranda “Azəriqaz” İB-nin 182-ci “Açıq mikrofon” aksiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində quruma istinadən verir.

Sahibkarlarla sayca 45-ci olan görüşdə onları narahat edən məsələlər səsləndirilib. Aksiya iştirakçılarının ünvanladığı istək və xahişlər arasında qaz sayğaclarının sənaye sayğacı ilə əvəz edilməsi, qaz xəttinin çəkilməsi, yoxlanışa getmiş qaz sayğaclarının tezliklə qaytarılması kimi məsələlər yer alıb.

Bütün müraciətlər Birliyin Lənkəran RQİİ-nin məsul şəxsləri tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.

Qeyd edək ki, görüşdə Birliyin rəhbər şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məsul şəxsləri də iştirak ediblər.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon