SON XƏBƏRLƏR

Lənkəran şəhər Gənclər və İdman İdarəsində kitab təqdimatı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.

İdarənin könüllüsü İlkin Mirələmovun Vətən müharibəsi şəhidi Azər Yusifliyə həsr etdiyi “Əbədi Bayraq Sevdası” adlı kitabının təqdimatında ilk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən idarə rəisi Teymur Babazadə və idarə əməkdaşı Elnurə Qəniyeva Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən şanlı qələbəmizdən, şücaətli, əzmli igidlərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Daha sonra müəllif gənclərə kitab haqqında geniş məlumat verərək onların suallarını cavablandırıb.

Sonda şəhidə həsr olunmuş sənədli film nümayiş olunub.