Lənkəranda 9-cu sinif buraxılış imtahanında ən yüksək bal toplayan şagirdin kimliyi məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 may tarixində verir.
Belə ki, Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyanın şagirdi Füzuli İlqar oğlu Həsənov imtahanda Azərbaycan dilindən 86.3, riyaziyyatdan 100, ingilis dilindən 97.1 bal toplayaraq, ümumi olaraq 283.4 ballıq nəticə göstərib.